`Azərbaycanda milyardlıq layihələr yoxlanılmır`

“Azərbaycanda reklamın dövriyyəsi 60 milyon manat olmasına baxmayaraq, gəlir cəmi 26 milyon manatdır. Bu göstərir ki, bu sahədə kölgə iqtisadiyyatı var”. 
 
Maide.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin plenar iclasında dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında deyib. O bildirib ki, bunun qarşısını almaq üçün yeni qanun layihəsi qəbul edilməlidir: "Azərbaycanda ən vacib məsələrdən biri Maliyyə Nazirliyi və Hesablama Palatasının qarşısında qoyulub. Bu, xərc sisteminə nəzarət mexanizmidir. 6,9 milyard manatlıq əsaslı vəsasit qoyuluşuna kim zəmanət verə bilər? Kim zəmanət verə bilər ki, bu vəsaitlər məqsədli şəkildə istifadə ediləcək? Hesablama Palatasının hesabatları zamanı demişəm ki, artıq kiçik layihələrdən iri layihələrin yoxlanılmasına keçmək lazımdır. Azərbaycanda milyardlıq layihələr yoxlanılmır. Mən hesab edirəm ki, bu layihələrə nəzarət edilməlidir. Bəlkə bunlar hansısa məmurların ixtiyarında olan məsələlərdir? Bu pullar dövlətin vəsaitidir. Ona görə də yoxlamalar aparılmır”.

Google+ WhatsApp ok.ru