Əhməd Davudoğlu: `Azərbaycan şəhidlərinin ağrısını ürəyimizdə hiss edirik`

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan-Ermənistan cəbhə xəttində 12 əsgərin şəhid olması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
 
SalamNews-un “CNNTURK”ə istinadla verdiyi xəbərə görə, o bildirib ki, Azərbaycan qardaşlarımızın şəhid olması ilə bağlı Türk xalqı və dövləti adından başsağlığı verirəm. Şəhidlərin ağrısını ürəyimizdə hiss edirik."
 
Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyində İraq Türkmən Cəbhəsinin sədri Erşad Salihi ilə görüşən Ə.Davudoğlu görüşdən sonra keçiriln mətbuat konfransında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində Azərbaycan əsgərlərinin həlak olmasına münasibət bildirib.

Google+ WhatsApp ok.ru