“Günəşli” yatağında yeni quyu istismara verilib

"Günəşli" yatağındakı 14-cü özüldən 343 nömrəli quyu qazmadan sonra istismara verilib.
ARDNŞ-dən Trend-ə verilən məlumata görə, şirkətin Kompleks Qazma İşləri Tresti tərəfindən Fasilə Lay Dəstəsinə qazılmış quyu 2974-2952 metr intervaldan qaz-lift üsulu ilə sutkalıq 100 ton neft və 14000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "28 May" adına NQÇİ-nin sifarişi ilə qazılıb./

Google+ WhatsApp ok.ru