Ərzaq nə qədər bahalaşıb? – Cədvəl

Ölkədə qiymətlər bahalaşa bilər. Əgər 2015-ci ildə 2 faizlik inflyasiya proqnozlaşdırılırdısa, Mərkəzi Bankın məzənnə siyasətini dəyişməsindən sonra inflyasiyanın səviyyəsinin 7 faizə qədər yüksələcəyi proqnozlaşdırılır. Nəzərə alsaq ki, cari ildə ciddi əməkhaqqı artımı gözlənilmir, inflyasiya əhalinin gəlirlərini “yeyəcək”.

 

Artıq yanvar ayında bir sıra məhsulların qiyməti qalxıb. Belə ki, 2015-ci ilin yanvar ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2014-cü ilin dekabr ayına nisbətən 0,2 faiz, o cümlədən əvvəlki ilin yanvar ayına nisbətən 0,2 faiz bahalaşıb.

 

Bu arada 2015-ci ilin yanvar ayında istehlak qiymətlərinin bazis indeksi 2014-cü ilin dekabr ayına nisbətən dəyişməyib. Əvvəlki ilin yanvar ayına nisbətən isə 0,6 faiz qalxıb. Məlumat üçün qeyd edək ki, bazis indeksi dedikdə dövlət tərəfindən tənzimlənən qiymət və tariflər və mövsümi xarakterə malik olan məhsullar istisna olmaqla hesablanan istehlak qiymətləri indeksi nəzərdə tutulur.

 

Statistikadan bəlli olur ki, cari ilin yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2014-cü ilin dekabr ayına nisbətən 0,4 faiz bahalaşıb. Ümumiyyətlə 2015-ci ilin yanvar ayı üçün ölkə üzrə əsas ərzaq məhsullarının orta bazar qiymətləri və indeksləri aşağıdakı kimi olub:

 

 

Malın adı

2015-ci

ilin yanvar ayı (kq, manatla)

2014-cü

ilin yanvar ayı (kq, manatla)

2015-ci ilin

yanvar ayı 2014-cü ilin dekabr ayına nisbətən, faizlə

2015-ci ilin

yanvar ayı 2014-cü ilin yanvar ayına nisbətən, faizlə

Mal əti

7,31

7,71

98,6

94,8

Qoyun əti

9,23

9,24

99,1

99,9

Toyuq əti

3,16

3,33

99,8

94,9

Kərə yağı

6,90

6,73

100,0

102,5

Bitki yağı

2,22

2,26

100,0

98,2

Marqarin

2,48

2,47

100,3

100,4

Süd

0,76

0,96

99,7

79,2

Qatıq

1,53

1,54

100,0

99,4

Brınza pendiri

4,98

4,91

100,2

101,4

Yumurta (10 ədəd)

1,23

1,44

99,8

85,4

Şəkər tozu

0,97

0,97

100,0

100,0

Qənd

1,39

1,38

100,1

100,7

 

 

Malın adı

2015-ci

ilin yanvar ayı (kq, manatla)

2014-cü

ilin yanvar ayı (kq, manatla)

2015-ci ilin

yanvar ayı 2014-cü ilin dekabr ayına nisbətən, faizlə

2015-ci ilin

yanvar ayı 2014-cü ilin yanvar ayına nisbətən, faizlə

Çay

4,66

4,46

100,5

104,5

Duz

0,53

0,51

100,1

103,9

Buğda unu

0,78

0,78

100,1

100,0

Çörək

0,61

0,60

100,0

101,7

Düyü

1,76

1,68

100,1

104,8

Manna yarması

1,72

1,71

100,6

100,6

Qarabaşaq yarması

1,71

1,58

103,2

108,2

Makaron

1,48

1,48

100,1

100,0

Vermişel

1,45

1,45

100,0

100,0

Kartof

0,84

1,06

102,0

79,2

Kələm

0,64

0,48

101,0

133,3

Baş soğan

0,50

0,68

104,6

73,5

Sarımsaq

2,45

2,01

101,5

121,9

Çuğundur

0,89

0,83

98,3

107,2

Yerkökü

0,99

0,81

97,9

122,2

Xiyar

1,60

1,82

105,7

87,9

Pomidor

2,04

2,04

102,7

100,0

Göyərti (1 dəstə)

0,18

0,21

99,8

85,7

Alma

0,83

0,78

100,8

106,4

Armud

1,87

2,07

105,1

90,3

Heyva

1,17

1,13

109,7

103,5

Nar

1,53

1,74

112,9

87,9

Banan

2,44

2,45

99,2

99,6

 

Göründüyü kimi, bir sıra ərzaq məhsullarının qiyməti qalxıb. Növbəti ayda bazarda yeni qiymətlərlə qarşılaşacağımız istisna deyil. Xüsusilə, xaricdən gətirilən malların qiymətində.

 

Nəzərə çatdıraq ki, inflyasiya region dövlətlərində də müşahidə edilir. Artıq Rusiya Mərkəzi Bankı inflyasiyanı cilovlamaq məqsədilə sərt addımlar atmağı qərara alıb. Hədəflənən inflyasiya faizi isə 4 faizdir. 2017-ci ilə qədər inflyasiyanın bu səviyyəyə  endirilməsi bankın pul-kredit siyəsətinin tərkib hissəsini təşkil edir. Onu da bildirək ki, hazırda ölkədə inflyasiya 15,6 faizdir. Mərkəzi Bankın qiymətləndirməsinə görə, inflyasiya 10 faizə hələ 2016-cı ildə düşə bilər. Bu arada Rusiya Mərkəzi Bankının uçot stavkasını 15 faizə endirsə də, pul-kredit siyasəti sərt olaraq qalır.

 

Azərbaycana gəlincə, Mərkəzi Bankın uçot faiz dərəcəsi 3.5% faizdir. Faiz dəhlizinin aşağı həddi 0.1%,

yuxarı həddi 5% faizdir.(publika.az)

Google+ WhatsApp ok.ru