Ərəbistanın hücumlarında 2 min mülki vətəndaş öldürülüb

Yəmən silahlı qüvvələrinin sözçüsü general Şərəf Qalib Loğman Ərəbistan rejiminin hücumlarında indiyə qədər 2 min vətəndaşın qətlə yetirildiyini açıqlayıb. 
 
Maide.az xəbər verir ki, paytaxt Sanada keçirdiyi mətbuat konfransında çıxış edən sözçü Loğman, "Ərəbistanın on ərəb rejimini Yəmənə hücum üçün səfərbər etməsi, Səud rejiminin Yəmən ordusu və milləti ilə təkbaşına mübarizə apara bilməyəcəyini və bu üzdən sözügedən ölkələri səfərbər etdiyini ortaya qoyduğunu" vurğulayıb.
 
Yəmənə hücum edənlərin yeni silahlarını Yəmən millətinin üzərində sınamaqla məşğul olduqlarını qeyd edən general Loğman, Ərəbistan ordusunun 150 milyard dollara ən müasir silahları satın aldığını, amma bu silahları işlətməyə belə aciz olduğunu və milyardlarla vəsaitlər ödəyərək özünü müdafiə etmək üçün başqa ölkələrin ordularını satın aldığını vurğulayıb.

Google+ WhatsApp ok.ru