“Milliön” terminallarından yenilik

"Komtech" şirkəti yaxın zamanda terminallarında kredit kartlarının qəbulu funksiyasını aktivləşdirə bilər. Maide.az-ın “ICTnews”a istinadən yaydığı məlumata görə, bu xidmət növü "Milliön" terminallarının hamısında mövcud olsa da, bu funksiyaya böyük tələbat olmadığına görə aktivləşdirilməyib. "Biz terminallarımızda gələcəkdə kredit kartı vasitəsi ilə ödənişlərin qəbulu, elektron pul cüzdanı funksiyasını aktivləşdirməyi planlaşdırırıq. Bundan başqa, dövlət qurumlarının cərimələrinin terminallar üzərindən qəbulunun təşkili də nəzərdə tutulub", - deyə şirkətdən bildiriblər. Yeraltı keçidlərdən yığışdırılan terminallarla bağlı şirkətdən bildiriblər ki, bu tədbirlərin əsas məqsədi bir sıra terminallarda yaranmış texniki problemlərin həlli və digər qurğularda profilaktik tədbirlərin görülməsi olub. Gələcəkdə onların yenidən keçidlərdə istismara verilməsi istisna edilmir.

Google+ WhatsApp ok.ru