Ənsarullah Hərəkatı Səudiyyə Ərəbistanına xəbərdarlıq etdi 15 May 2015 01:00 Yəmən Yəmənin Ənsarullah Hərəkatı Ər-Riyadı atəşkəsi istənilən halda pozması və Yəmən torpaqlarına təcavüzü ilə bağlı xəbərdarlıq edərək, Səudiyyənin yenidən hücum edəcəyi təqdirdə cavab veriləcəyini bəyan edib. Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüs-Salam Səudiyyənin Yəmənə istənilən hücumuna qəti olaraq cavab verəcəklərini bildirib. Ənsarullah sözçüsü, habelə Yəmənin daxilində Əl-Qaidə terrorçularının istənilən hücumu ilə bağlı xəbərdarlıq edərək, terrorçularla mübarizəyə vurğu edib. Məhəmməd Əbdüs-Salam bu ölkəyə tətbiq olunan mühasirənin dərhal ləğv edilməsini və Yəmənə istənilən humanitar yardımın BMT-nin nəzarəti çərçivəsində aparılmalı olduğunu qeyd edib. deyerler/ Teqlər : #Ənsarullah Hərəkatı Səudiyyə Ərəbistanına xəbərdarlıq etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsveçrə tankları Yəməndə müharibəyə hazırdır Səna hava limanı humanitar yardımlar gətirən təyyarələri qəbul etməyə başlayıb
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'