“Partiyanı ticarət mərkəzinə çevirdilər” – Səxavət Əlisoy

“Müsavatın rəhbərliyini işğal etmiş bir dəstənin əməlləri faş olmaqdadır”.  Maide.az xəbər verir ki, bu barədə Müsavat başqanlığına sabiq namizəd, ADR Hərəkatının üzvü Səxavət Əlisoy səsləndirib. 
 
O bildirib ki, minlərlə insan bu partiyaya ömrünün ən qiymətli illərini sərf edib: “Kimi karyerasını, kimi var-dövlətini, kimi də sağlamlığını qurban verdi. Sonucda birilərinin kütbeyinliyi, digərlərinin yekəbaşlığı ucbatından milli dəyərimiz sayılan bir partiya saxtakarlar və alverçilər tərəfindən işğal olundu. Partiyanı ticarət mərkəzinə çevirdilər.  Mənəviyyatsızlığa baxın, təməl prinsiplərindən biri ləyaqətçilik olan bir partiyada rəhbərlik saxta üzvlük vəsiqəsi alverinə qurşanıb. Bunun adı şərəfsizlik deyil, nədir?  Bu alverin bazarkomlarına bəy demək suçdur, abdallıqdır”. 
 
S.Əlisoy deyib ki, Müsavatı mənəviyyatdan məhrumlar məhv edir: “Rəsulzadə əmanətini alverçilərin əlindən almaq gərəkdir”.

Google+ WhatsApp ok.ru