Ərəbistan qırıcıları Yəməndə bir kəndə hücum ediblər

Maide.az xəbər verir ki, Səudiyyə qırıcıları Yəmənin paytaxtı Sənanın şimal-qərbindən 130 kilometr aralıda yerləşən Həccə vilayətindəki Hirz məntəqəsinin Əldəşduş kəndini hədəfə alıblar. Bu hücumda bir qrup sivil yaralanıb.
 
Məlumata əsasən, Səudiyyə qırıcıları həmçinin Yəmənin cənub-qərbində yerləşən Ləhəc vilayətindəki Əqan məntəqəsinə qarşı on hava hücumu həyata keçiriblər. İndiyə kimi bu hücumların ehtimal olunan tələfat və xəsarətləri haqda məlumat yayılmayıb.

Google+ WhatsApp ok.ru