Ərəbistanın Yəmənə olan hücumları davam edir

Maide.az Yəmənin "əl-Məsirə" saytına istinadən verdiyi məlumata görə, Ərəbistan qırıcıları bazar günü axşam Cəuf vilayətində yerləşən Xəbət məntəqəsinə raket zərbələri endiriblər. Bu hücumlar nəticəsində 18 nəfərin o cümlədən bir neçə uşaq və qadının həlak olduğu bildirilir. 
 
Yəmənin ordu və xalq qüvvələri isə Ərəbistanın təcavüzlərinə cavab olaraq, Ərəbistanın Cizan vilayətində yerləşən Xubə və Rədif hərbi bazalarını atəşə tutublar. Bu hücumlar nəticəsində bir neçə Səudiyə hərbçisi həyatını itirib. 
 
Ərəb koalisiya qüvvələrinin komandanlığı bu hücumlarla bağlı verdiyi açıqlamada 2 hərbçinin ölməsini təsdiq edib. 
 
Digər tərəfdən media dairələri Yəmənli qruplarla BMT-nin xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx arasında, Omanın paytaxtı Maskatda danışıqlarına aparılmasından xəbər veriblər. 
 
Bu müzakirələrdə araşdırılan məsələlər Yəmənə qarşı hücumların dayandırılması, dərhal müvəqqəti və ya daimi atəşkəsin elan edilməsi habelə, Yəmənin qurudan, sudan və havadan mühasirəsinə son qoyulmasıdır. Ərəbistan və müttəfiqləri cari ilin 26 mart tarixindən Yəmənə qarşı hücumlara başlayıblar. Və bu ölkəni tam mühasirəyə alaraq, humanitar yardımların çatdırılmasına imkan vermirlə.

Google+ WhatsApp ok.ru