Ərəbistan Yəmənli əsiri motosikletə bağlayıb küçədə sürütdü

Maide.az xəbər verir ki, Livanın "əl-Minar" lanalının məlumatına görə, İŞİD terrorçuları və Yəmənə qarşı hücumları himayə edən Ərəbistan-Amerika koalisiyası Təiz şəhərində aşkar cinayətlərə yol veriblər. İŞİD terrorçuları və Ərəbistan muzdluları əsir aldıqları bir şəxsi Təiz şəhəri sakinlərinin gözləri önündə edam edərək, cəsədini parçalayıblar. Daha sonra parçalara ayırdıqları cəsədi motosiklet ilə Təiz şəhərinin küçələrində sürüyüblər. 
 
Bu məlumata görə, terrorçular başqa bir cinayətdə Ərəbistan muzdluları və İŞİD terrorçuları Təiz şəhərinin sakinlərindən olan çoxlu sayda insanı kütləvi şəkildə edam edirlər. Bəzi cəsədlər isə tikə-tikə edilib. 
 
Həmçinin, Ərəbistan muzdlularının Yəməndə cinayət törətmələri ilə bir vaxtda, Səudiyə qırıcıları Yəmənin müxtəlif məntəqələrinə olan hücumlarını davam etdiriblər. Bu hücumlarda xüsusilə Cəuf vilayətində 20 nəfərin öldüyü bildirilir. 
 
Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri bildirib ki, Ərəbistan və muzdluları mart ayından indiyə kimi Yəməndə 4 mindən çox insanı qırğın edib, 19 min nəfəri yaralayıblar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri Ədən vilayəti başda olmaqla Yəmənin cənubunda vəziyyətin acınacaqlı olduğunu bildirib.

Google+ WhatsApp ok.ru