Ərzaq bazarında qiymətlər artıb - SİYAHI

Avqustun I yarısının yekununda ərzaq bazarında hətta qeyri-mövsümi məhsullarda qiymət artımı olub. Bu dövrdə qiymətlər 2,55%, iyulda 0,10% artıb. İyunda qiymətlər sabit qalıb, mayda 3,6% ucuzlaşıb.  2014-cü ilin avqustunda qiymətlər 12,5% bahalanmışdı. Ekspertlər bunu 2013-cü ildə yanacağın bahalanması və inhisarçılıqla əlaqələndirirdi. 2012 və 2013-cü ilin avqustunda qiymətlər sabit qalıb.

Avqustun I yarısında qeyri-mövsümi məhsullardan şəkər tozu (+26,6%), kərə yağı (+ 12,8%), qarğıdalı yağı (+18,3%) marqarin (18,2%), yumurta (+9%), I növ un (+18,2%), vermişel (+13,3%), makaron (+6,2%), peçenye (+4,7%) bahalanıb. Mövsümi yerli istehsaldan qatıq (+11,5%), pendir (+2%), kartof (+33,3%), pomidor (+60%), kələm (+16,6%) bahalanıb.

Mal və qoyun ətinin qiyməti sabit qalıb, quş əti bir qədər bahalanıb.

Monitorinq 30 əsas ərzaq növü üzrə aparılıb.

Turan qeyd edir ki, idxal mallarının bahalanması manatın devalvasiyası ilə bağlıdır və neftin ucuzlaşması ilə əlaqədar yeni devalvasiya və bahalanma gözləmək olar. Avqustun əvvəlində başlayan bahalanma göstərir ki, DB-nin bu il Azərbaycanda ikirəqəmli inflyasiya olacağı barədə proqnozu düz çıxır.

Amma idxal mallarının qiymətini inhisarçılar süni surətdə qaldırır. Məsələn, kərə, bitki yağı, şəkər tozu və s dünya topdan qiyməti göstərir ki, onların bahalanması əsassızdır. 18 avqustda birjada kərə yağı $2,541, bitki yağı $1, şəkər tozu $0,33/kq olub. Turan hesab edir ki, idxal mallarının kəskin  bahalanmasının qarşısını tədarükçülərin yüksək gəlirlərini azaltmaq, idxal və pərakəndə qiymətləri optimallaşdırmaqla almaq olar. 

                                                                                                                                                       

Məhsulun adı

20.08. 2015.

01.08.2015.

Fərq ilə müqayisədə 01.08. 2015

 

Mal əti

7.5

7.5

0

Qoyun əti

10.0

10.0

0

Toyuq əti

2.95

2.9

+0.05

Toyuq iç-çalatı

2.75

2.90

-0.15

-Ağ balıq

35.0

35.0

0

Kərə yağı

7.56

6.70

+0.86

Qarğıdalı ya.(1l.)

2.90

2.45

+0.45

Marqarin yağı

3.90

3.30

+0.60

Yumurta (10 əd.)

1.20

1.10

+0.10

Şəkər tozu

0.90

0.90

0

Şəkər

1.90

1.50

+0.40

Duz

0.35

0.35

0

Un (1-ci növ)

0.65

0.55

+0.10

Vermeşil (0,5 kq)

0.85

0.75

+0.10

Qarabaşaq 1 kq

2.20

2.40

-0.20

Makaron 0,5 k

0.85

0.80

+0.05

Düyü

2.10

2.10

0

Süd (1l)

1.20

1.20

0

Xama (100q)

0.45

0.45

0

Qatıq (1l.)

1.45

1.30

+0.15

Pendir

4.90

4.80

+0.10

Peçenye yerli

2.20

2.10

+0.10

Kartof

0.80

0.60

+0.20

Soğan

0.50

0.40

+0.10

Xiyar

0.70

0.70

0

Pomidor

0.80

0.50

+0.30

Kələm

0.70

0.60

+0.10

Alma

1.0

1.0

0

Göyərti (1. d)

0.20

0.20

0

 

98.46

96.05

+2.41

 

 

Google+ WhatsApp ok.ru