Gürcüstandan Azərbaycana avtomobil ixracı 5 dəfədən artıq azalıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 45 mln. 966,3 min dollar dəyərində 2 519 ədəd minik avtomobili ixrac olunub.
 
Bu barədə APA Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verir.
 
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 337 ədəd avtomobil və ya 5,10 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 3,63 dəfə azalıb.
 
Qeyd edək ki, bu 7 altı ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 30,32% təşkil edib.
 
Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 41,45%-ni təşkil edib.
 
Bu ilin yanvar-iyul ayları ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 11,94% təşkil edib.
 
Qeyd edək ki, bu ilin yanvar-iyul ayında Gürcüstandan Azərbaycana 151 559,8 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 2,22 dəfə azdır.

Google+ WhatsApp ok.ru