İƏT baş katibi Azərbaycana gəlib

İslam Əməkdaşlığı Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni Azərbaycana gəlib.
Səudiyyə Ərəbistanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Azərbaycanın rəsmi şəxsləri, eləcə də səfirliyin əməkdaşları qarşılayıb. 
Bakıya səfəri çərçivəsində İyad bin Amin Mədəni ölkənin rəsmi şəxsləri ilə görüşlər keçirəcək.
İƏT rəhbərinin səfəri bu gün axşam başa çatacaq.

Google+ WhatsApp ok.ru