“Mövcud iqtisadi böhrana görə günahkar hakimiyyətin özüdür”

Maide.az xəbər verir ki, ADP sədri Sərdar Cəlaloğlu "Moderator"a açıqlamasında Azərbaycandakı sosial-iqtisadi böhran və onun səbəblərini şərh edib:
“Bu gün bütün dünyada, xüsusilə Qərbdə böhran var və bu, Azərbaycana da təbii olaraq öz təsirini göstərir. Lakin ölkədəki böhrana görə əsas məsuliyyət hakimiyyət və onun yanlış siyasətinin üzərinə düşür. Çünki hakimiyyətin yürütdüyü uzunmüddətli iqtisadi siyasətin səmərəsizliyi nəticəsində bu gün ölkə belə bir mənzərə ilə üz-üzə qalıb. Həm neft siyasəti, həm də kənd təsərrüfatının inkişafı ilə bağlı siyasət kifayət qədər effektsiz olub. Nəticədə bu gün Azərbaycanda ciddi böhran müşahidə edilir ki, bundan xilas olmaq heç də asan olmayacaq”.

Google+ WhatsApp ok.ru