“Bank Technique” müştərilərinin nəzərinə: kartlar açıldı

“Bank Technique” ASC bank kartlarının işini bərpa edib. Maide.az-ın məlumatına görə, artıq bankın kartlarından bankomatlarda, o cümlədən xaricdə, eləcə də elektron hesablaşmalarda, onlayn alış-veriş zamanı istifadə etmək mümkündür.
 
Qeyd edək ki, kartlar vasitəsilə göstərilən bütün xidmətlər aktivdir.
 
Xatırladaq ki, bir qədər əvvəl  “Bank Technique” təcili pul köçürmələri xidmətini bərpa edib.

Google+ WhatsApp ok.ru