Bazar qiymətləri bir saytda olacaq-VIDEO

Alıcılar bazarlardakı qiyməti adətən ora getdikdən sonra öyrənir. Xüsusi ilə paytaxtdakı bazarlarda qiymət fərqlərinin böyük olması onların məhsulu baha alması ilə nəticələnə bilər. Artıq bazara getməzdən əvvəl hansı məhsulun hansı bazarda neçəyə olmasını öyrənmək mümkün olacaq.
 
Qiymətləri bilmək və bazarlar arası qiymət fərqini müqayisə etmək üçün bazarları bir-bir gəzməyə ehtiyac qalmayacaq. Kənd Təsərrüfatı Nazirliyinin istifadə verəcəyi sayt imkan verəcək ki, müştəri yəni alıcı evdən çıxmadan, bazarlığa getmədən bazarlardakı qiymətlərə baxıb, tanış olsun və onun üçün ən sərfəli bazara üz tutsun.
 
Yaxın günlərdə istifadəyə veriləcək əəə.marketing.agro.gov.az saytı ilkin olaraq bakı və sumqayıtdakı 5 bazarı əhatə edəcək. Bunlar 1.8-ci km. bazarı, 2. Təzəbazar, 3. Yaşıl bazar, 4. Meyvəli bazarı və 5. Sumqayıt bazarıdır. Bu bazarlardakı topdan və pərakəndə satış qiymətləri saytda öz əksini tapacaq.
 
Saytda meyvə tərəvəzlə yanaşı heyvandarlıq məhsullarının da qiymətləri gündəlik yenilənəcək. elektron bazanın yaradılmasının qiymətlərə də təsir edəcəyi gözlənilir.xezerxeber /

Google+ WhatsApp ok.ru