Əlcəzair, Nigeriya, Ekvador, Oman, İraq və Küveyt neft hasilatının “dondurulmasını” dəstəkləyib

Maide.az xəbər verir ki, Əlcəzair, Nigeriya, Ekvador, Oman, İraq və Küveytin energetika nazirləri neft hasilatının həcminin  “dondurulması” barədə təşəbbüsü dəstəkləyib. Bunu Venesuelanın neft naziri Euloxio del Pino bildirib.  
 
O əlavə olaraq bildirib ki, hasilatın dondurulması barədə təklifi İran və İraqın neft nazirləri ilə də müzakirə edəcək.  
 
Xatırladaq ki, bu barədə təklif Qətərin paytaxtı Dohada müzakirə edilib. Müzakirəyə qoşulan Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuelanın energetika nazirləri digər istehsalçıların təşəbbüsə qoşulacağı təqdirdə,  2016-cı ildə neft hasilatı həcminin, orta hesabla, yanvar ayı səviyyəsində dondurulmasına dair ilkin razılığa gəliblər.

Google+ WhatsApp ok.ru