Avtomobil idxalı 9 dəfə azalıb

Yanvar avtomobil idxalçıları üçün ən çətin ay olub. Ay ərzində cəmi 437 avtonəqliyyat vasitəsi idxal edilib. Bu, əvvəlki aydakından 2,6 dəfə azdır.
 
Gömrük Komitəsinin məlumatına görə, yanvarda avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə (4090 ədəd) 9 dəfə azalıb.
 
Xaricdən cəmi 401 minik avtomobili, 26 yük avtomobili, 5 avtobus və 5 xüsusi texnika idxal olunub. 
 
Ekspertlər hesab edir ki, avtomobil biznesi iqtisadiyyatdakı vəziyyətin ''lakmus kağızı''dır. Neft satışından mədaxilin azalması fonunda Azərbaycanda işgüzar fəallıq və əhalinin gəlirləri azalır (Turan İA).
 
İqtisadçı Qadir İbrahimli öz Facebook səhifəsində vəziyyəti belə qiymətləndirib: "Ən aktiv bazarlardan biri olan avtomobil bazarı faktiki olaraq çöküb". /

Google+ WhatsApp ok.ru