Ərəbistan Yəmənin müxtəlif bölgələrini bombalayıb

Ərəbistan Yəmənin müxtəlif bölgələrini bombalayıb

Səudiyyə Ərəbistanı ordusunun Yəmənin müxtəlif bölgələrinə avia hücumlarında bir qrup yəmənli həlak olub.

Maide.Az-ın məlumatına görə, Ərəbistan qırıcıları Yəmənin cənubunda Ləhic vilayətini bir neçə dəfə bombalayaraq bu vilayətin əl-Kəəbeyn bölgəsi əhalisini al-qana boyayıblar. Bu hücum nəticəsində azı 15 nəfər həlak olub.

Ərəbistan qırıcıları həmçinin Səna vilayətinin Sənhan şəhərinin Bilad əl-Rus bölgəsinə hücum ediblər. Ərəbistan təyyarələri həmçinin Sədə vilayətinin səmasında uçuş keçiriblər.

Bu arada ərəbistanlı muzdlular və təcavüzkarlar atəşkəsi dəfələrlə pozaraq Təiz vilayətinin əl-Vaziyyə şəhərində əl-Qavi və bir neçə bölgəni atəşə tutublar.

Yəmən ordusu və xalq qüvvələrinin əl-Couf vilayətinin əl-Həzm şəhərində istefa vermiş prezident Əbd Rəbbə Mənsur Hadinin qüvvələrinin mövqeyinə raket hücumları nəticəsində bir çox muzdlu öldürülüb və yaralanıb.

Səudiyyəli təcavüzkarların Yəmənin müxtəlif bölgələrinə hücumlarıın davam etməsi ilə yanaşı hərbi dairələr bildiriblər ki, Yəmən ordusu qüvvələri Ləhicdə əl-Ənd bazasına bitişən bölgələrə çatıblar.

Digər tərəfdən Yəmənin Müdafiə Nazirliyi Yəmən ordusu və xalq qüvvələrinin katyuşa raketləri ilə hücumunda Əbd Rəbbə Mənsur Hadinin qüvvələrindən bir çoxunun öldüyü və yaralandığını bildirib. /

Google+ WhatsApp ok.ru