Əhali banklardan əmanətlərini çəkir

Əhali banklardan əmanətlərini çəkir

Azərbaycan banklarında əmanətlər azalmaqdadır.
 
Fins.az-, Azərbaycan Mərkəzi Bankına istinadən bildirir ki, may ayında banklara qoyulan əmanətlərin həcmi 119 mln. manat və ya 1,55% azalaraq, 7 mlrd. 566 min manata enib. Ümumilikdə. Bu ilin əvvəlindən indiyədək banklarda əmanətlər təqribən 2 milyard manat azalıb. – ilin əvvəlində əmanətlər 9 milyard 9 473,9 milyon manat idi.
 
May ayında fiziki şəxslərin milli valyutadakı əmanətləri 39,9 milyon və ya 2,83% artaraq, 1 mlrd. 447,5 mln. manat təşkil edib. Bu göstərici ilin əvvəlində 1 milyard 420,2 milyon manat idi. Ötən ilin eyni dövrü ilə müqayisədə isə əmanətlərin həcmi 725,1 mln. manat və ya 33,37% azalıb.
 
Xarici valyutada əmanət qoyuluşu isə 158,9 mln manat, başqa sözlə 2,53% azalıb. Hesabat dövründə xarici valyutada olan əmanətlər 6 mlrd. 118.4 mln. manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 689,9 mln. manat və ya 12,71% çoxdur.
 

Google+ WhatsApp ok.ru