Rusiya, İran və Azərbaycan “Şimal-Cənub” layihəsi üzrə protokol imzalayıblar

Rusiya, İran və Azərbaycan “Şimal-Cənub” layihəsi üzrə protokol imzalayıblar

Rusiya Dəmir Yolları (RDY), İran və Azərbaycan “Şimal-Cənub dəhlizi” layihəsi üzrə əməkdaşlıq haqqında protokol imzalayıblar. Bu barədə RDY birinci vitse-prezidenti Aleksandr Mişarin bildirib.
 
“Şimal-Cənub dəhlizi” tranzit layihəsi dörd iştirakçı – Hindistan, Rusiya, İran və Azərbaycan tərəfindən formalaşdırılıb və ötən həftə biz İran və Azərbaycanla əməkdaşlıq haqqında protokol imzaladıq. Avqustun 7-dək nümayiş konteyner qatarı Mumbaydan yola salacağıq. Qatar bu dəhlizin konkret iştirakçıları ilə razılaşdırılmış tarif üzrə yükü Moskvaya aparacaq”, - Mişarin bildirib.

Google+ WhatsApp ok.ru