Ərdəbildə istehsal olunan elektrik enerjisini Azərbaycana satmağa hazırıq

Ərdəbildə istehsal olunan elektrik enerjisini Azərbaycana satmağa hazırıq

Azərbaycanın Sumqayıt şəhəri ilə İranın Ərdəbil şəhəri qardaş şəhər olacaq. Sumqayıt şəhər başçısı Ərdəbilə səfəri zamanı bu sənəd tərəflər arasında imzalanacaq. 

Maide.Az xəbər verir ki, bunu İranın Ərdəbil əyalətinin başçısı Məcid Xudabəxş bu gün keçirdiyi mətbuat konfransında deyib.  
 
O deyib ki, Ərdəbil əyaləti ilə Azərbaycan müştərək əməkdaşlıq edərək üçüncü ölkəyə məhsul ixrac etmək imkanı əldə edəcək. Belə ki, əməkdaşlıqda pambıq, kənd təsərrüfatı məhsullarının birgə istehsal edilməsi və üçüncü ölkələrə ixracı nəzərdə tutulur.
 
M.Xudabəxş deyib ki, bu səfərdə daha cox iqtisadi sahələrdə əməkdaşlıq müzakirə etdik. Lakin mədəniyyət, idman və digər sahələrdə də əməkdaşlıq etməyə hazırıq.  
 
O qeyd edib ki, Ərdəbildə yerin altından 270 dərəcə isti sular çıxır. Və həmin suyun buxarından enerji alınır. Biz təklif etdik ki, Azərbaycan ya Bakı üçün enerji alsın, ya da alıb Naxçıvana göndərsin.  
 
Əyalət başçısı bunu da vurğulayıb ki, ötən il Azərbaycan sərhədlərindən 1 milyon 500 min insan keçib. Onlardan 150 mini Ərdəbildən Azərbaycana, qalanı isə Azərbaycandan Ərdəbilə gəlib. Biz hazırda Biləsuvar sərhəd bölgəsində bina tikirik. İndiyə kimi sərhəddə vəziyyətin yaxşılaşdırılması məqsədi ilə 10 milyon dollar sərmayə yatırılıb. Məqsədimiz buradan gələn insanların rahatlığını təmin etməkdir. 
 
Onun sözlərinə görə, görüşlərdə Azərbaycan tərəfdən vizanın aradan qaldırılması da müzakirə olunub. /
 

Google+ WhatsApp ok.ru