Azərbaycanla İran gömrük sahəsində saziş imzalayıb

Azərbaycanla İran gömrük sahəsində saziş imzalayıb

Azərbaycan İranla gömrük sahəsində əməkdaşlıq barədə saziş imzalayıblar. APA-nın Tehran bürosunun məlumatına görə, sənədi Azərbaycan Dövlət Gömrük Komitələrinin sədri Aydın Əliyev və onun iranlı həmkarı Məsud Kərbasyan imzalayıb.
 
Saziş Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin gömrük orqanlarının rəhbərlərinin iclası çərçivəsində imzalanıb.
 
Sənədə əsasən bundan sonra iki ölkənin gömrük xidmətləri arasında informasiya mübadiləsi elektron formada həyata keçiriləcək. Elektron informasiya mübadiləsi sərnişinlərin və tez xarab olan məhsulların gömrük yoxlamalarından daha sürətli və rahat keçidini təmin edəcək. /

Google+ WhatsApp ok.ru