Ərdoğan Yəmənə laqeyid münasibətin səbəbini açıqladı: Neftləri yoxdur

Ərdoğan Yəmənə laqeyid münasibətin səbəbini açıqladı: Neftləri yoxdur

Yəməndəki vəziyyət dəhşətlidir və elə bir səviyyəyə çatıb ki, nəinki müsəlmanların, bütün insanların ürəyi ağrıyır.

 FaktXeber.com-un «Əl-Naşrie» istinadla verdiyi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mətbuat konfransında bəyan edib.

 

O, bildirib ki, dünya ictimaiyyətinin bu məsələyə laqeyidliyinin səbəbi ölkədə neftin olmamasıdır: «Neft varidatının olmaması səbəbindən taleyin ümidinə buraxılan məzlum Yəmən xalqının əzablarını tezliklə yüngülləşdirmək lazımdır» .

 

Yəmən Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli Əl Xusi  bununla bağlı olaraq Ərdoğanın bəyanatını alqışlayıb.



Google+ WhatsApp ok.ru