'Əhalinin bir hissəsi hələ meyvələrin nübarını etməyib'

'Əhalinin bir hissəsi hələ meyvələrin nübarını etməyib'

“Yenisabah.az” saytı-nda ““Ölkədə meyvə-tərəvəz niyə bu qədər bahadır?” – səbəbi açıqlandı” sərlövhəli yazı oxumaq olar.
 
Müəllif başlığa çıxarılan suala kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovla cavab tapmağa çalışıb.
 
 V.Məhərrəmov hesab edir ki, mövsüsmü meyvələrdə qiymət bahalığının əsas səbəbi iqtisadi artımın əhali artımına adekvat olmamasıdır:
 
“Mövsümü meyvələrdə qiymətlərin yüksək olması təklifin az olması ilə bağlıdır. Uzun müddətdir ki, bu haqda deyirik. Əhalinin artım tempi nəzərə alınmalıdır. Əhali ilbəil artır. Meyvə-tərəvəz istehsal tempi isə bununla adekvat artmır”.
 
Ekspert bahalığa daha bir səbəb kimi əlverişsiz hava şəraitini göstərir:
 
“İqlimin də öz təsiri var. Ancaq müəyyən işlər aparılsa, aqrotexniki qaydalara əməl olunsa, intensiv yağışların yağması, dolu düşməsinin istehsala bir o qədər təsiri olmaz”.
 
O, Dövlət Statistika Komitəsinin məlumatlarındahər il iqtisadi artım olması barədə göstərilən rəqəmlərə inamsız yanaşır:
 
“Amma bazar real vəziyyəti tam mənzərəsilə ortaya qoyur. Yəni, bu gün təklifçox, əhalinin tələbatına uyğun olsa, qiymətlər bahalaşmaz. Əksinə normal qiymətmünasibətləri yaranar”.
 
​V.Məhərrəmov hesab edir ki, indi əhalinin mövsümü meyvələrdən qidalanması, qışa azuqə hazırlaması, digər tərəfdən kəndli və fermerlərin daha çox qazana bilməsi baxımından daha əlverişli vaxtdır:
 
“Ancaq bunu həyata keçirmək mümkün deyil, çünki daha çox məhsul satmaq üçün daha çoxistehsal etmək lazımdır. Problem istehsalla bağlıdır, İstehsal kifayət qədər deyil”.
 
Ekspertə görə, mövsümü meyvələrin qiymətlərinin baha olması üzündən əhalinin bir hissəsihələ onların nübarını etməyib:
 
“Tutun qiyməti yüksəkdir. Keçən il bu vaxt nisbətən pomidor, kartof, tərəvəz məhsullarının qiyməti ucuz idi. Bu il demək olar ki, tərəvəz məhsulları da baha qiymətətəklif olunur. Bütün bunların bir səbəbi var. Bu sahədə aparılan siyasət qənaətbəxş deyil...”. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru