‘Ənsarullah’ lideri: ‘İşğalçılar ötən il 18 milyon barel Yəmən neftini oğurlayıblar’

‘Ənsarullah’ lideri: ‘İşğalçılar ötən il 18 milyon barel Yəmən neftini oğurlayıblar’

Yəmənin "Ənsarullah" hərəkatının baş katibi Seyid Əbdülməlik əl-Husi İslam Peyğəmbəri həzrət Məhəmmədin (s)  mövludu münasibətilə televiziya vasitəsilə çıxış edib.

Seyid Əbdülməlik əl-Husi çıxışı zamanı bütün müsəlmanları İslam Peyğəmbəri həzrət Məhəmmədin (s) doğum günü münasibətilə təbrik edib.

"Ənsarullah" lideri daha sonra Səudiyyə Ərəbistanından söz açıb.

O, çıxışında vurğulayıb ki, Səudiyyə Ərəbistanı Yəməndəki neft yataqlarını qəsb edib:

"Yəmən dünyanın əsas neft istehsalçısı ölkəsi deyil. Lakin neft ölkəmizin əsas gəlir qaynağıdır. Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri Yəmənə hücum etməzdən əvvəl günə 130 min barel neft çıxarırdıq. Lakin hücumlardan sonra bu rəqəm 50 min barelə düşdü. Neftimizi əsasən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri oğurlamağa davam edir. İşğalçılar təkcə ötən il 18 milyon barel Yəmən neftini oğurlayıblar".

Seyid Əbdülməlik əl-Husi çıxışı zamanı Yəmənin hazırkı hərbi gücündən də danışıb.

"Bizim hazırda raket və pilotsuz uçan aparatlarla bağlı mühəndislərimiz çox böyük işlər görürlər. Bu ilin sentyabr ayında Səudiyyə Ərəbistanına məxsus "Aramco"ya edilən zərbə bunun bariz nümunəsidir", - deyə "Ənsarullah" lideri qeyd edib.

O, çıxışı zamanı İsrail rejiminə də xəbərdarlıq edib: "Əgər İsrail rejimi bizim xalqımıza qarşı hansısa ağılsızlıq edərsə, düşmənə qarşı cihad fətvası və sərt cavablar verməkdə tərəddüd etmərik". /eastnews.org/

Google+ WhatsApp ok.ru