ABŞ-ın demokratiya anlayışı: Qətliamı törədən Səud rejimi xəbərdarlıq edilən Yəmən oldu

ABŞ-ın demokratiya anlayışı: Qətliamı törədən Səud rejimi xəbərdarlıq edilən Yəmən oldu

İki gün öncə təcavüzkar  Səudiyyə Ərəbistanı rejimi Yəməndə növbəti qətliam törədib. Belə ki, Səudiyyə rejiminin hərbi aviasiyası Yəmənin paytaxtı Səna şəhərində yas mərasimi keçirilən bina ərazisini bombardman edib. Sənada yas mərasimini bombalaması nəticəsində 900-ə yaxın insan ölüb və yaralanıb. Yəmən Qızıl Aypara Cəmiyyəti ölənlərin sayının artacağını istisna etməyib. Yas mərasimi keçirilən əraziyə azı 3 aviasiya zərbəsinin endirildiyi bildirilir.  
 
Maide.Az "sputniknews"-a istinadən xəbər verir ki, Səud rejiminin bu cinayətindən sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə telefon görüşməsi edən ABŞ Dövlət katibi Con Kerri bu hadisədən narahat olduğunu bildirib və hadisənin araşdırılmasını istəyib. 
 
Con Kerri, Səud rejiminin Yəmənə hərbi təcavüzünü pisləmək əvəzinə, husilərin Səudiyyə Ərəbistanı ilə sərhədinə qoşun yığmasından narahat olduğunu bildirərək husiləri qoşunları geri çəkməyə və Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə hörmət etməyə çağırıb.
 
Qeyd edək ki, 2015-ci ilin mart ayından etibarən Səudiyyənin Yəmənə təcavüzü nəticəsində minlərlə uşaq həyatını itirib, on minlərlə uşaq isə yaralanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yəmən əhalisi gündəlik təlabat malları və tibbi yardım almaqda çətinlik çəkir. Blokada səbəbindən ölkəyə tibbi ləvazimat və qida məhsularının girişi məhdudlaşdırılıb. Hələ də dünya ictimaiyyəti Səudiyyənin Yəməndəki uşaq qətllərinə (bir neçə ölkə xaric) səssiz qalmaqda davam edir.⁠⁠⁠⁠
 
 

Google+ WhatsApp ok.ru