Abramyan Sarkisyanın komandasını dağıtmağı planlaşdırır 23 Avqust 2014 01:00 Siyasət Ermənistan hökumətində kütləvi istefalar gözlənilir. Ölkənin baş naziri Ovik Abramyanın hökumətin son iclasında sərt çıxışı, nazirləri tənqid etməsi erməni mətbuatında geniş müzakirəyə çıxarılıb. Bildirilir ki, hökumətin iclasından iki gün əvvəl Abramyan bir neçə naziri qəbul edib və onlara Ermənistan iqtisadiyyatını gücləndirmək üçün Rusiya bazarına daxil olmağı, ixracın həcmini genişləndirməyi tapşırıb. Lakin sonradan məlum olub ki, baş nazirin tapşırığının yerinə yetirilməsi istiqamətində işlər həyata keçirilməyib. Erməni mətbuatı yazır ki, Ovik Abramyanın hökumətin iclasında sərt çıxışı nazirlər kabinetində kadr dəyişiklliklərinin olacağına bir siqnaldır. Bəzi məlumatlara görə, Abramyan sələfi Tiqran Sarkisyanın komandasının üzvlərini hökumətdən təmizləmək istəyir. Ermənistan mətbuatı bir neçə nazirin vəzifədən gedəcəyini proqnozlaşdırır. Teqlər : #Abramyan Sarkisyanın komandasını dağıtmağı planlaşdırır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qubad İbadoğlu: “Kiminsə xeyrinə Müsavat başqanlığına namizədlikdən geri çəkilə bilərəm” İŞİD terror qruplaşması yenidən Livanın Ərsal şəhərinə soxulub
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video