İŞİD terror qruplaşması yenidən Livanın Ərsal şəhərinə soxulub

 

İŞİD terror qruplaşmasının üzvləri bir daha Livanın Suriyayla sərhəddə yerləşən Ərsal şəhərinə hücum edib və evlərdə axtarışlar aparıb. 

Maide.az-ın Livanın “əl-Nahar” qəzetinin saytına istinadən məlumatına görə, terrorçular ötən gün Ərsalda bəzi evlərdə axtarışlar aparıb. Sayt İŞİD terrorçuları tərəfindən Livan vətəndaşlarının oğurlanması təhlükəsi ilə bağlı xəbərdarlıq edib. 

Ərsal şəhərinə  hücum etmiş İŞİD terrorçuları əhalini Livan təhlükəsizlik qüvvələri ilə əməkdaşlıqda ittiham edərək onları edam edilməklə hədələyiblər. 

Qeyd edək ki, İŞİD terrorçuları avqustun əvvəlində də Livanın Ərsal şəhərinə soğulmuş və 5 gün müddətinə bu şəhəri işğal etmişdi, lakin sonradan geri çəkilmək məcburiyyətində qaldı. İŞİD Ərsala hücum zamanı Livanın təhlükəsizlik qüvvələrindən 42 nəfəri oğurlayıb. 

 

Google+ WhatsApp ok.ru