ABŞ Yəmənin radar sistemini vurdu

ABŞ Yəmənin radar sistemini vurdu

ABŞ ordusu Yəməndə Husilərin nəzarətindəki bölgədə olan üç radar sistemini vurub.
 
Maide.Az xəbər verir ki, ABŞ müdafiə nazirliyi sözçüsü Piter Kuk, verdiyi yazılı açıqlamada, iABŞ hərbi qüvvələrinin bu gün səhər saatlarında Yəmənin Qırmızı dəniz sahillərində yerləşən üç radar mövqeyini vurduğunu bildirib.
 
Hədəflərin məhv edildiyini bildirən Kuk, hücumun müdafiə naziri Eşton Karter ilə baş qərargah rəisi Yozef Dunfordın tövsiyəsi ilə prezident Barak Obamanın razılığı əsasında həyata keçirildiyini bildirib.
 
Kuk, hücumda beynəlxalq sularda hərəkət edən USS Mason və digər gəmilərə qarşı raket atılmasında istifadə olunan radar sistemlərinin hədəf alındığını qeyd edib.
 
 

Google+ WhatsApp ok.ru