Adambaşına ÜDM üçdə bir azalıb

 2015-ci ildə Azərbaycanda ümumi daxili məhsul 54 mlrd 352,1 mln manat olub. Dövlətstatkoma görə, ümumi qiymətlərlə ÜDM 1,1% artıb.
 
Turan-ın hesablamasına görə, sabit qiymətlərlə 2015-ci ildə Azərbaycanda ÜDM 7,9% və ya 4,6 mlrd manat azalıb.
 
DSK ÜDM istehsalının həcmini ABŞ dolları ilə də hesablayıb - $52 mlrd 969,6 mln.
 
DSK-ya görə, 2015-ci ildə Azərbaycanda adambaşına ÜDM 0,1% azalaraq,  703,7 manat olub. Həmin rəsmi məlumata görə, 2014-cü ildə adambaşına ÜDMcari qiymətlərlə 7 092,8 manat olub.
 
ABŞ dolları ilə adambaşına ÜDM 2015-ci ildə $5 558,7 olub. Yəni $2427,3 və ya 30,4% azalıb. Müqayisə üçün deyək ki, Azərbaycan bu göstərici ilə 2010-cu ilin səviyyəsinə düşüb ($5798).
 
Qeyri-neft sektorunda ÜDM istehsalı 1,1% artaraq 37,6 mlrd manata çatıb. ÜDM strukturunda qeyri-neft sektorunun xüsusi çəkisi 69,3% olub. Amma bu, əsasən neft sahəsindəki azalmanın nəticəsidir.
 
Azərbaycanın ÜDM-i manat ifadəsində 2012-ci ilin səviyyəsinə (53,2 mlrd manat) düşüb.contact /

Google+ WhatsApp ok.ru