Azərbaycanın ixracında 48 faizlik azalma

2015-ci ildə Azərbaycanın ticarət əməliyyatlarının həcmi 20 milyard 645 milyon 880.20 min ABŞ dolları təşkil etmişdir.
 
“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticarət əməliyyatlarının həcmi 2014-cü ilə nisbətən 33.44 % azalmışdır.
 
Həcm, idxal əməliyyatları üzrə 9 milyard 221 milyon 402.86 min ABŞ dolları (2014-cü ilə nisbətən 0.36 % artmışdır), ixrac əməliyyatları üzrə 11 milyard 424 milyon 477.34 min ABŞ dolları (2014-cü ilə nisbətən 47.66 % azalmışdır) olub.
 
2015-ci ildə ticarət əməliyyatları üzrə saldo 2 milyard 203 milyon 74.48 min dollar təşkil edib.
 
10 MİLYARD DOLLARDAN ÇOX İTKİ
 
Qeyd edək ki, ticarət əməliyyatlarının həcminin azalması neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır. 2015-ci ildə Azərbaycana xam neft satışından daxilolmalar 52% azalaraq 8 milyard 866 milyon 158.60 min ABŞ dolları təşkil edib. Azərbaycana 2014-cü ildə xam neft satışından 18 milyard 404 milyon 936.62 milyon dollar daxil olmuşdu.

Google+ WhatsApp ok.ru