Adil Qeybulla: “Öhdəlik sənədi Müsavat Partiyasının Nizamnaməsinə və insan haqlarına ziddir”

“Müsavat Partiyasının öhdəlik haqqında sənədi zamanında Qubad İbadoğlunu dəstəkləyən şəxslərin deputatlığa namizədliyini əngəlləmək üçün hazırlanıb”.
 
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanının sabiq üzvü, professor Adil Qeybulla deyib.
 
Xatırladaq ki, Müsavat Məclisinin aprelin 4-də keçirilən toplantısında qəbul edilən təlimata əsasən Müsavat Partiyasından deputatlığa namizəd olmaq istəyən şəxslər başqana ərizə yazaraq partiya Nizamnaməsinə tabe olacaqları və fəaliyyətlərini rəhbər strukturlarla razılaşdıracaqları haqda öhdəlik götürməlidirlər. 
 
A. Qeybulla təlimatın partiya Nizamnaməsinə zidd olduğunu söyləyib: “Müsavat Partiyası yarandığı gündən demokratik təşkilat olub. Ancaq qurultaydan sonra vəziyyət dəyişib. Deputatlığa namizəd olacaq partiya üzvlərinin qarşısına şərt qoymaq nəinki Nizamnaməyə, insan haqlarına da ziddir. Bu əslində, Müsavat rəhbərliyinin kimlərəsə legitimliyini tanıtdırmaq üçündür. Tam avtoritar və partiyaya nüfuz gətirməyəcək bir addımdır".

Google+ WhatsApp ok.ru