Elmar Məmmədyarov Avropa İttifaqından gileyləndi

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Aİ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti mövqeyinin ortaya qoyulmasının vacibliyini söyləyib.
 
Maide.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Elmar Məmmədyarov aprelin 8-də Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Hanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbulu zamanı, mövcud “status kvo”nun qeyri-davamlı və qəbuledilməz olduğunu deyib və əlavə edib ki, “status kvo” dəyişdirilməli, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.
 
Azərbaycan Respublikasının xarici işlər naziri Aİ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətiyyətsiz mövqeyindən gileylənsə də Azərbaycanın Aİ-yə üzv əksər dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərinə malik olduğunu bildirib və Aİ ilə də strateji tərəfdaşlıq əlaqələrinin qurulmasının vacibliyini diqqətə çatdırıb.

Google+ WhatsApp ok.ru