Şahmar Mövsümov yenidən `VTB Bank`ın Müşahidə Şurasına namizəddir

Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev "VTB Bank"ın Müşahidə Şurasına namizəddir. Bu barədə Rusiya Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilir.
 
Namizədlərin siyasında keçmiş 8 direktor da daxil olmaqla 10 nəfər yer alıb. Bu, VTB Müşahidə Şurasının sədri, Mərkəzi Bankın sabiq sədri Sergey Dubinin, VTB-nin sədri Andrey Kostin, sədr müavini Vladimir Çistyuxin, Sankt-Peterburq Universitetinin rektoru Nikolay Kropaçev, "Nord Stream"in direktoru Mattias Varniq, "Skolkovo" nəzarətində olan Moskva məktəbinin rektoru Andrey Şaronov, Fransanın "Vinci" tikinti şirkətinin vitse-prezidenti Tibo de Silqi, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovdur.
 
Hazırkı üzvlərdən namizədlər siyahısına maliyyə nazirinin müavini Aleksey Moiseyev, Dövlət Dumasının birinci müavini Mixail Kopeykin, Rusiya iqtisadiyyat məktəbinin rektoru Semyon Dyankov və bankın minoritar səhmdarlarının nümayəndəsi Yelena Popova daxil edilməyib. 

Google+ WhatsApp ok.ru