İpoteka ilə alınmış evlər yenidən qiymətləndirilir

AİF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləri üzrə girov götürülmüş daşınmaz əmlakların yenidən qiymətləndirilməsi üzrə xidmətlərin alınması ilə bağlı tenderin qalibi müəyyən olunub.
 
Bu barədə Azərbaycan İpoteka Fondundan məlumat verilib.
 
Məlumata görə, indiyə qədər Azərbaycanda ipoteka kreditləşməsi yolu ilə əldə edilmiş, girov qoyulmuş daşınmaz əmlaklar yenidən “MBA LTD” MMC tərəfindən qiymətləndiriləcək.
 
Qeyd edək ki, cəmiyyət ilə Fond arasında 03 mart 2015-ci il tarixli satınalma müqaviləsi bağlanılıb.

Google+ WhatsApp ok.ru