Aida Qəmbər: “Səudiyyə Yəmənə hücumları davam etdirməklə nüfuzunu bərpa etmək istəyir”

Aida Qəmbər: “Səudiyyə Yəmənə hücumları davam etdirməklə nüfuzunu bərpa etmək istəyir”

Səudiyyə Ərəbistanın Yəmənə olan hücumu zaman-zaman aktiv fazaya keçir. Yəmənin yerli qüvvələri aktiv cavablar versələr də dinc əhalinin tələf olması heç də normal qarşılana bilməz. Hava hücumları vaxtı uşaqlar, qadınlar, yaşlı insanlar daha çox əziyyət çəkir. Səudiyyə son vaxtlar prosesdə olan aktivliyini daha da artırıb. Yəmən qüvvələri də bu tәcavüzün qarşılığında Nəcran bölgəsindəki hərbi obyektləri ələ keçrib.

 

 

Yaxın Şərq üzrə ekspert Aida Qəmbər Deyerler.org-a fikirlərini bildirərkən qeyd edib ki, Yəmənlә bağlı proseslərin son vaxtlar yenidən alovlanması problemin ciddi böhran həddinə çatması ilə bağlıdır: “Bu münaqişənin həll olunması maraqlı tərəflərin vahid məxrəcə gəlməsini tələb edir. Digər tərəfdən Səudiyyə Ərəbistanın Yəmənə müdaxiləsi, proseslərdə yaxından iştirak etməsi münaqişəni daha da alovlandırır. Səudiyyənin bu addımları Ərəbistan yarımadasında öz nüfuzunun qorunmasına və daha da artmasına xidmət edir. Bu konteksdə də Səudiyyə Ərəbistanının Yəməndə gedən proseslərə müdaxiləsi bir müddət davam edəcək. Elə bir xarici qüvvə yoxdur bu prosesə qarşı qəti olaraq çıxsın. Bu şəraitdə Səudiyyənin tez bir zamanda prosesdən kənarlaşması inandırıcı görünmür. Amma qışa yaxın proseslərdə müəyyən dönüşlər yarana bilər”. 

Google+ WhatsApp ok.ru