Almaniyadan `Qazprom`a ağır zərbə

Almaniyanın “BASF” konserni Rusiyanın “Qazprom” şirkəti ilə aktivlərin mübadiləsi ilə bağlı sazişin ləğv edildiyini bəyanlayıb. Maide.az xəbər verir ki, sözügedən saziş 2012-ci ildən etibarən hazırlanır.
 
Rusiya mediası yazır ki, bir qədər əvvəl tərəflər bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sazişə təsiri olmayacaq. İndi isə əlaqələrin kəsilməsinin səbəbləri açıqlanmayıb.
 
Bu addım Rusiya və Avropa arasında qaz sahəsində münasibətlərin gərginləşməsi ilə izah olunur.
 
“Kommersant” isə yazır ki, Avropa Parlamenti Avropa Birliyinin energetika təşkilatının yaradılması ilə bağlı plan hazırlayır. Gələn ilin yanvarında bu təşkilatın ictimaiyyətə təqdim olunacağı deyilir. Nəşrdə bildirilir ki, burda əsas element kimi Avropa şirkətləri üçün ümumi qaz tədarükü və köhnə qitənin energetika sektorunda Rusiya şirkətlərinin sərmayəsinə yeni məhdudiyyətlərin tətbiqi çıxış edir.

Google+ WhatsApp ok.ru