Almaniya qəzeti Ərəbistanın Yəmənə hücumunu vəhşilik adlandıraraq, rejimi İŞİD-ə bənzədib

Almaniyada çıxan Di Volt qəzeti Səudiyyə Ərəbistanı tərəfindən Yəmənin arxeoloji məkanlarının bombardman edilməsini İŞİD tərəfindən Suriya və İraqda dünya irslərinin məhv edilməsi ilə müqayisə edib və onu vəhşilik adlandırıb.
 
Bu alman qəzet Səudiyyə Ərəbistanı tərəfindən Yəmən paytaxtı Sənanın qədim hissəsinin bombardman edilməsini sərt şəkildə tənqid ediərək  yazıb:"Səudiyyə Ərəbistanı tərəfindən belə özbaşına hərbi hücumlar İŞİD-in İraq və Suriyadakı vəhşiliklərini xatırladır". 
 
Sənanın qədim hissəsinin 2500 illik keçmişi vardır və dünyanın ən qədim məscidləri bu məkanda yerləşir. 
 
Bu məlumata görə, Sənanın qədim hissəsinə dəyən xəsarətlər müəyyən deyil. Lakin bir neçə yerli mənbə kadrlar yayımlayıb ki, arxeoloji binaların torpaq təpəsinə çevrildiyini göstərir.

Google+ WhatsApp ok.ru