AMB notları heç kimə lazım deyil

İnvestorların “iştahası olmadığı üçün” fevralın 11-də Azərbaycan Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac yenə baş tutmayıb.
 
Banklara 5 mln manatlıq qısamüddətli notlar (ödəniş müddəti 28 gün) təklif edilib. Bu qiymətli kağızlar üzrə illik gəlirlilik 1% təşkil edir, bu isə investorları cəlb etmir. Tədavüldə bu notlardan qalmayıb. Mütəxəssislər bildirir ki, bütün bunlar AMB-yə də sərf edir.
 
«Bu siyasət pul kütləsinin artırılmasına xidmət etməkdədir. Hazırkı iqtisadi şəraitdə manatın sterilləşməsinə ehtiyac yoxdur. “AMB USD/AZN məzənnəsinin sabit qalması siyasətini həyata keçirməkdədir və bunu bazara tələb olunan miqdarda ABŞ dolları satmaqla tənzimləməyə çalışır», deyə broker şirkətlərinin birində Turan-a bildiriblər.

Google+ WhatsApp ok.ru