İl gömrük üçün də ağır olacaq

Bu ilin yanvarında Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 103 mln 745,7 min manat mədaxil olub. Bu, ötən ilin eyni dövründəkindən 6,6% çoxdur. Amma bu templə planı (1 mlrd 590 mln manat) yerinə yetirmək çətin ki mümkün olsun.
 
DGK-nın məlumatına görə, yanvarda 31,9 mln manat və ya 30,8% idxal gömrük rüsumunun payına düşüb. Bir il əvvəl ümumi yığımda gömrük rüsumunun payı 19,5% idi. 66,3 mln manat ƏDV yığılıb. Bu, ötən ilin eyni dövründəkindən 8,1 mln manat azdır.
 
Martın 1-dən Azərbaycanda bir sıra mallar üzrə yeni aksiz dərəcəsi (avtomobil, qiymətli daşlar, alkoqol, siqaret) qüvvəyə minir.
 
Müstəqil ekspertlərin fikrincə, gömrük rüsumu və vergisi resursları planı artıqlamasilə yerinə yetirməyə imkan verir. Azərbaycanın bir sıra ticari tərəfdaşları ilə «güzgü statistikasına» əsaslanaraq qeyd edilir ki, hər il idxalın 25%-i gömrük statistikasında əksini tapmır.

Google+ WhatsApp ok.ru