Amerikalı ekspert ABŞ-ı BMT TŞ-nin 4 qətnaməsinin yerinə yetirilməsi üçün ciddi addımlar atmağa çağırıb 06 May 2015 01:00 Siyasət “Mən Amerika Birləşmiş Ştatlarını BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi üçün ciddi addımlar atmağa çağırıram”. Bu sözlər “Catholics for Choice” təşkilatının baş mütəxəssisi Qlen Nozernin (Glenn Northern) “The Hill” qəzetindəki məqaləsində yer alıb. O, mayın 8-də Şuşanın işğalı günü olduğunu xatırladıb: “Bir vaxtlar Azərbaycanın klassik musiqi səhnəsi və Orta Şərqdə ilk operanın vətəni olan tarixi şəhər Şuşanın işğalı və dağıdılmasından 23 il keçir. Bu şəhər musiqiçiləri, bəstəkar və ifaçıları ilə tanınıb. İndi isə erməni işğalı və sistemli etnik təmizləməsinə məruz qalıb”. Q. Nozern qeyd edib ki, 1992-ci ilədək Azərbaycanın ən məşhur şəhərlərindən olan Şuşanın əhalisinin 92 faizi azərbaycanlılar olub. Onun sözlərinə görə, Şuşanın işğalı Ermənistan ordusu tərəfindən Xocalı şəhərində 613 azərbaycanlıya qarşı törədilən qırğınlardan sonra baş verib. “Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) üzvü olaraq, 400 min Amerika azərbaycanlıları və 40 milyondan çox dünya azərbaycanlıları adından Amerika Birləşmiş Ştatlarını BMT TŞ-nin 4 qətnaməsinin və Baş Assambleyanın digər qətnamələrinin yerinə yetirilməsi üçün ciddi addımlar atılması istiqamətinə öz təsir gücünü istifadə etməyə çağırıram. Bu qətnamələr işğalçı erməni qüvvələrinin Azərbaycanın ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Amerika azərbaycanlıları adından səlahiyyətli şəxsləri bu məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əllərindən gələni etməyə çağırıram”.(apa) Teqlər : #Amerikalı ekspert ABŞı BMT TŞnin 4 qətnaməsinin yerinə yetirilməsi üçün ciddi addımlar atmağa çağırıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru XİN: Sloveniya Dağlıq Qarabağda keçirildiyi deyilәn “parlament seçkilәri”ni tanımır İqtidar məşhur dustaqları azad etməyə hazırlaşır
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video