Amerika öz hərbi güclərinin Yəməndə mövcudluğunu etiraf etdi

Amerika  Müdafiə  Nazirliyi  ilk dəfə  olaraq bu ölkənin hərbi güclərinin Yəməndə  mövcudluğunu  etiraf  etdi. 
 
Maide.Az xəbər verir ki, Amerika Müdafiə Nazirliyinin sözçüsü Cef Devis cümə günü etiraf edib ki,  Amerikanın hərbi  qüvvələrindən “az hissəsi”  Yəmənin  fərari  prezidenti  Mənsur  Hadinin tərəfdarları və Səudiyyə Ərəbistan koalisiyasına yardım etmək məqsədi ilə Yəmənin  Əl-Mukalla şəhərinə  göndərilib. 
 
O  Amerika hərbiçilərinin  guya  Əl-Qaidə  terror qruplaşması ilə mübarizə  aparmaq üçün Yəmənə  girdiyini bildirib.
 
C.Devis  həmçinin deyib ki, Pentaqon  Yəməndə  terrorçuların  mövqelərini hava hücumları ilə bombalamağı  gücləndirib.
Amerika  Müdafiə Nazirliyinin  sözçüsü deyib ki, guya Amerika yalnız informasiya  yardımı edir. Lakin ötən gün Human Rights Watch  Amerikanı  Səudiyyə Ərəbistana kaset bombalar satdığı üçün tənqid etmişdi.
 
Yəmən qaynaqları  cümə axşamı günü bildiriblər ki,  ən az 100  xüsusi təyinatlı Amerika hərbiçisi Yəmənin  cənubunda Ləhəc əyalətinə yerləşiblər. 
 
Yəmənin Ənsarullah  Hərakatının sözçüsü  Məhəmməd Əbdüs-salam  cümə axşamı günü açıqlamasında bildirmişdi ki, Yəmənin cənub bölgəsi  Əl-Qaidə ilə mübarizə  bəhanəsi ilə əcnəbilər  tərəfindən işğal olunur.
 
 

Google+ WhatsApp ok.ru