AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb 02 Mart 2015 02:00 Siyasət Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Tadeuş İvinski və Pedro Aqramuntun Azərbaycana səfəri başlayıb. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, səfər martın 1-dən başlayıb. Səfər çərçivəsində onların Milli Məclisin spikeri Oqtay Əsədov, Azərbaycanın AŞPA-da təmsil olunan nümayəndə heyətinin üzvləri, baş prokuror, ədliyyə naziri media, vətəndaş cəmiyyəti üzvləri ilə görüşü olacaq. Avropa Şurasının Bakıdakı ofisinin təşkilatçılığı ilə həmməruzəçiləri parlamentdə təmsil olunmayan partiya üzvləri ilə də görüşəcəklər. Səfər martın 4-də başa çatacaq. Teqlər : #AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Manatın ucuzlaşması oliqarxları üz-üzə qoyub “Lalə Şövkət müxalifətin birliyi üçün təşəbbüs göstərəcək”
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video