ARDNŞ-nin dövlət büdcəsinə ayırmaları 32% azalıb

2015-ci ilin yanvarında ARDNŞ-nin dövlət büdcəsinə ayırmaları 118 mln 502 min manat olub, deyə şirkətin saytı məlumat verir. Məlumat verildiyi kimi, 2014-cü ilin yanvarında ARDNŞ-nin dövlət büdcəsinə ayırmaları 173 mln 578 min manat olub. Beləliklə, yanvarda şirkətin dövlət büdcəsinə köçürmələri 31,7% azalıb.
 
ARDNŞ-nin DSMF-yə icbari sosial sığorta üzrə ayırmaları 2015-ci ilin yanvarında 11 mln 931 min manat (azalma 11,6%) olub.
 
2014-cü ildə ARDNŞ-nin dövlət büdcəsinə vergi ayırmaları 1 mlrd 855 mln  230 min manat olub.
 
2015-ci ildə dövlət büdcəsinə 1,5 mlrd manat vergi ödənişi planlaşdırılıb.
 
* ARDNŞ-nin məlumatına görə, 2015-ci ilin yanvarında Ceyhan limanında Azərbaycan  neftinin orta ixrac qiyməti 1 barrel üçün  $49,53 olub. 2014-cü ilin yanvarında bu göstərici $108,76 idi. 

Google+ WhatsApp ok.ru