İranın enerji nazirinin müavini Azərbaycana səfər edəcək

 İranın enerji nazirinin müavini Rəhim Meydani fevralın 23-də Azərbaycana səfər edəcək.
 
Bu barədə Maide.az-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
 
Bildirilib ki, R.Meydaninin Bakıya səfərində məqsəd Azərbaycan hökuməti ilə İran hökuməti arasında “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsinə dair müzakirələr aparmaq, su ehtiyatlarından istifadə sahəsində əməkdaşlığa dair sazişin imzalanması ilə bağlı işlərin sürətləndirilməsidir.
 
Bundan başqa, İranın Ənzəli azad ticarət zonasının rəhbəri Rza Məsrurun da fevralın 23-də Bakıya gələcəyi gözlənilir. Səfər çərçivəsində R.Məsrur bir sıra yüksək vəzifəlilərlə və yerli iş adamları ilə görüşəcək, qarşılıqlı investisiyanın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparacaq.

Google+ WhatsApp ok.ru