Artmaqda olan xarici borc

Artmaqda olan xarici borc

-- Borc 2017-ci ilin ilk yarısında daha 2,8% artıb

"Novoye Vremya qəzetində isə "Azərbaycanın xarici borcu artır" sərlövhəli məqalə xumaq olar.
 
Müəllif deyir ki, son vaxtlar xarici borc özü də əhəmiyyətli dərəcədə artıb və hazırda dövlətin birbaşa bocu 2017-ci ilin ilk yarısında daha 2,8% artaraq 7,1 milyard dollar təşkil edir.
 
Məqalədə maliyyə naziri Samir Şərifova istinadən deyilir: "Azərbaycanın xarici borcu o qədər də çox deyil. Əgər Azərbaycan Beynəlxalq Bankının borclarının bağlanması istisna olunsa, demək olar ki, bu borc dəyişməyib. Dövlət iri kreditlər cəlb etmir, adətən dövlət şirkətləri bu və ya digər layihənin reallaşdırılması üçün kreditlər cəlb edirlər".
 
Amma müəllif bu açıqlamanı yetərli saymayaraq 2018-ci ildə xarici borcların bağlanmasına dövlət büdcəsindən 2263 milyon manat və ya 2017-ci il büdcəsində olduğunudan 37,8% çox vəsait ayrılmasına diqqət çəkir.
 
Müəllif vurğulayır ki, bankın defolt elan etməsi, ya da işini davam etməsi kimi dilemmada dövlət bankın 2,4 milyard manat borcunu öz üzərinə götürərək ABB-nin sonrakı fəaliyyətinə "yaşıl işıq" yandırıb.
 
Yazı müəllifi dövlət məmurlarının xarici borcun hazırda Ümumi Daxili Məhsulun cəmi 18%-i qədər olması barədə bəyanatlarını təsdiqləsə də, bu borcun son zamanlar artmasını xüsusi vurğulayır: "Amma ÜDM-in, dövlət büdcəsinin kiçildiyi, valyuta gəlirlərində problemlər yaşandığı son illərdə Azərbaycanın xarici borcunun artması özü göstəricidir. Belə ki, əvvəllər, yəni, 2013-2014-cü illərdə xarici borc ÜDM-n cəmi 8-9%-i həcmində idi".
 
Müəllif xatırladır ki, bu dövrdə yaranmış problemlərlə bağlı beynəlxalq reytinq agentlikləri Azərbaycan Dövlət Neft Şirkətinin reytinqini aşağı salıb. Belə ki, bu il avqustun sonunda "Moodyus" Azərbaycanın suveren reytinqini Ba-1-dən Ba-2-yə endirib, noyabrın əvvəlində isə "S&P" də reytinqləri aşağı salıb.
 
Müəllif isə reytinqlərin pisləşməsinin özünü pis göstərici adlandırır və deyir ki, indi xarici bazarlardan bocr götürmək ölkəyə baha başa gəlir, digər tərəfdən isə, makroiqtisadi inkişafdakı disbalansı nəzərə alan ekspertlər indki halda xarici borcun ÜDM-in hətta 15-20% həcmində olmasını Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər yüksək sayırlar.
 
Müəllifə görə, yerli ehtiyatlardan, o cümlədən, Dövlət Neft Fondunun vəsaitlərindən istifadə etmək lazımdır.
 
Müəllifə görə, onsuz da xarici borc götürüldükdə Fondun hesabına bu borclar üçün faizlər də ödənilir, amma bundan daxildə istifadə olunsa ölkəyə daha ucuz başa gələ bilər. (contact.az)
 

Google+ WhatsApp ok.ru