ATƏT sədri mayın 31-də Azərbaycana gəlir 28 Aprel 2015 01:00 Siyasət ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri Ivica Dacic mayın 31-də Azərbaycana səfər edəcək. Serbiya Xarici İşlər Nazirliyindən apa-ya verilən məlumata görə, I.Dacic-in Bakıya gəlişi Cənubi Qafqaza səfəri çərçivəsində baş tutacaq. Regiona səfər Azərbaycandan başlayacaq. Daha sonra o, Gürcüstan və Ermənistana səfər edəcək. Azərbaycana səfər çərçivəsində müzakirə olunacaq məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsinin həlli yolları prioritet təşkil edəcək. Serbiyanın Azərbaycandakı səfirliyindən isə apa-ya bildirilib ki, I.Dacic-in Bakıya səfəri çərçivəsində dövlət rəsmiləri, vətəndaş cəmiyyətinin təmsilçiləri və digər şəxslərlə görüşlər planlaşdırılır. Teqlər : #ATƏT sədri mayın 31də Azərbaycana gəlir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT-nin işgəncələrə qarşı qurumu 6 aydan sonra cəzaçəkmə yerlərinə buraxılıb Milli Şura 3 may mitinqinə 50 min adam çağırıb
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video