Avropa parlamenti Gürcüstanla assosiasiya razılaşmasını ratifikasiya etdi

Avropa parlamenti dekabrın 18-də Strasburqda keçirilən plenar iclasda Avropa İttifaqı ilə Gürcüstan arasında assosiasiya razılaşmasını ratifikasiya edib.
 
Maide.az xəbər verir ki, səsvermə zamanı Avropa Parlamentinin zalında həm Gürcüstanın hazırkı Prezidenti Georgi Marqvelaşvili, həm də öz ölkəsində barəsində axtarış elan edilmiş keçmiş prezident Mixeil Saakaşvili olub.
 
2014-cü il iyunun 27-də Gürcüstan Avropa İttifaqı ilə azad ticarət zonasına daxil olmağı nəzərdə tutan assosiasiya barədə razılaşma imzalamışdı. Gürcüstan Parlamenti onu iyulun 18-də növbədənkənar sessiyada ratifikasiya etmiş, sentyabrın 1-dən etibarən isə razılaşmanın böyük hissəsinin icrasına başlanılmışdı.
 
Sənədin tam olaraq qüvvəyə minməsi üçün onu Aİ-yə üzv olan bütün ölkələrin parlamentləri də ratifikasiya etməlidir.
 

Google+ WhatsApp ok.ru